Sebri

Страна : Россия

Я проживаю в Крыму с 1996 года. Основным моим увлечением или можно сказать душевным призванием является сохранение азербайджанской культуры среди своих соотечественников, а также знакомлю с азербайджанской культурой другие народы Крыма. В своих выступлениях я всегда говорю о мире и дружбе между народами. Занимаясь общественной деятельностью, мы помогаем малоимущим, многодетным, пожилым и больным людям. Милосердие и гостеприимство это основная черта нашего народа. И я стараюсь показать эти качества нашего народа в своих произведениях. Пишу стихи и прозу. На моей Родине в Азербайджане издана моя книга «Heyat Elifbasi». Моя творческая деятельность началась с того момента, когда начались военные события на моей Родине. Я стараюсь донести до своего читателя основные жизненные понятия, которые должны быть в каждом человеке.

Country : Russia 

I live in Crimea since 1996. My main hobby or one can say that my spiritual vocation is the preservation of Azerbaijani culture among my compatriots, as well as I acquaint other peoples of Crimea with Azerbaijani culture. In my speeches, I always speak of peace and friendship among peoples. By engaging in social activities, we help the poor, the large, the elderly and the sick. Mercy and hospitality is the main feature of our people. And I try to show these qualities of our people in my works. Write poems and prose. My book «Heyat Elifbasi»was published in my Homeland in Azerbaijan. My creative activity began from the moment when the military events began in my Homeland. I try to convey to my reader the basic concepts of life that should be in every person.


 

HƏYAT ƏLİFBASİ

İmansız varlının zərri-çuxası,
Satın alınıbdır onun dunyası.
İmanlı kasıbın boşdur təknəsi,
Yaşamaq istəmir… yoxdur həvəsi.
Belə olmalıdır məgər bu dunya,
Bu bir həqiqətmi, yoxsa ki, röya?
Bəs səbəb nədir ki, biri keyf edir,
O biri duz yolu fikirlə gedir?

Ey kasıb! İstəsən dövlətli olmaq,
Lazımdır həyatı öyrənmək, duymaq.
Əlifbanı öyrən dərk eylə sevil,
İmansız varlıya bu lazım deyil.
Qoy varlı yaşasın varla, dövlətlə,
Sayılsın həmişə hörmət, izzətlə.
Əgər bədbəxtlikdən yanarsa dövlət,
İtəcək o andan hörmət və izzət.

Həyat əlifbası olduqca qəliz,
Öyrənmək istəsən hamısın təmiz. 
Çətinlik olacaq dayan… səbr eylə,
Müəllim lazımdır bilsən də böylə.
Anlamaq lazımdır hərfi, sözləri,
Sən dinlə, oxuyum möcuzələri.

Başlayaq «A» hərfi — Allah»dan deyir,
Allahı tanıyan, bilənlər sevir.
«A» hərfi bir də ki  «Abur- həyadır»,
İnsan həyatında böyuk dəryadır.
Sonrakı «B» hərfi  «Bilik» sözudur,
Biliyin olarsa, dövlət özudur.
Uçuncu «V» hərfi  «Varlıq» deməkdir,
Yaradan həmişə özu köməkdir.
Dörduncu «Q» hərfi  «Quvvət»li demək,
Quvvətli olmaqı öyrənək, bilək.
«Ğ» hərfi  «do-Ğ-ru» ol, söyləyir bizə,
Gəlin əməl edək dəyərli sözə.
«D» hərfi deməkdir  «Dərya, «Düşüncə»
Düşüncən olarsa salehsən məncə.
«D» hərfi bir də ki, «Dözüm»dür, dozüm,
Dözümlü insana mən qurban özüm.
«E» hərfi  «Etibar»,»Elm» mənası,
Elm sahibinin dərin dünyası.
«Ə» əlifbamızda  «Ətir»dir, ətir,
Gunəştək nur saçır yazılan sətir.
«İ» çılğın  «İsti» və «İstək»dir demək,
Bil! İsti ürəklə lazımdır sevmək.
«I» hərfi hər kəsə » bağ-I-şla» deyir,
Bağışla deyənlər Allahı sevir.
«Y» gözəl səslənir  həm «Yer», «Yaradan»
Yaradanı sevək urəkdən, candan.
«K» hərfi  «Kamil»lik deməkdir, öyrən,
Kamil insan olar həyatı sevən.
«G» yanan  «Günəş»dir, həm də ki «Geniş»
Yrəyin genişsə gözəldir bu iş.
«L» deyir  «Lazım»san kiməsə inan,
Atadır, anadır urəkdən yanan.
«M» hərfi «Məhəbbət», «Mərhəmət» özü,
Məhəbbət alidən alidir  düzü.
«N» hərfi ay gulum, «Nazu-nemətdir»
Nazu-nemət qədri bilmək gərəkdir.
«Ö» incə  «Öpüş»dür, yazıram bilin,
Özgəni doğmatək öpübən sevin.
«U» hərfi  «Unutma» söyləyir bizə,
Xor baxmaq günahdır keçmişimizə.
«Ü» hərfi deyəndə  sevindi «Ürək»
Hər kəsi ürəkdən duyaraq sevək.
«P» hərfi özüylə gətirdi — «Pənah»,
Pənah gətirmişi sən saxla Allah.
«R» dahi «Riayət», «Rəhbər» səslənir,
Rəhbərlər ürəkdə, qəlbdə bəslənir.
«S» hərfi öyrədir  «Sevmək», «Sevilmək»,
Lazımdır hər kəsin qədrini bilmək.
«T» hərfi  «Təmkin»dir sirdaşı elin,
Təmkinli olmağı bacarın, bilin.
«H» hərfi  «Halal»lıq nişanəsidir,
Halal olmaq vaxtı, zəmanəsidir.
«X» hərfi altında  «Xalq»lar yerləşir,
Dostluq, bərabərlik, hər kəs birləşir.
«F» hərfi  «Fərəh»dir fani dünyada,
Fərəhli iş qalar hər zaman yadda.
«Z»hərfi  «Zəngin»dir, «Zinət»dir baxın,
Ol Allah kəlamı zinətə yaxın.
«Ç» isti  «Çörək»dir, hamımız sevək, 
Hər bir tikəsinin qədrini bilək.
«C» hərfi deyəndə  «Çənnət»i andım,
Cənnətin eşqiylə alışdım, yandım.
«J» hərfisə  «Jalə», nə gözəl addır,
Yersiz hərəkətlər qızlara yaddır.
«Ş» hərfi «Şirin»dir, «Şipşirin» bacı,
Şirin dil hər kəsin başının tacı.

Bununla bitirdim mən sözlərimi,
Sehri, möcuzəni yazdım səmimi.
Hər hərfin, hər sözün mənası gözəl,
Həyat əlifbası bunlardır əzəl.
Qiymətli sözlərlə başlasa həyat,
İnsanlar yaşayar dünyada rahat.
Oxucum! Çox yazıb yordumsa səni,
Başa düşməz olsan BAĞIŞLA məni.

———————————————————————                                                 

                                    İSTƏYİRƏM
İstəyirəm …
gülər üzlü, şirin sözlü
ana olmaq,
Hər sözümlə çevrilərək
şirin bala
qəlbə dolmaq.

İstəyirəm …
yer üzündən yavaş-yavaş o silinən
sülh sözünün varlığını,
İşıqda da görünməyən
qara rəngli insan fikri ağlığını.

İstəyirəm…
hər an, hər gün
insanlarla dostluq etsin
bəxş olunan saf məhəbbət,
Yer üzündə səbr ilə axtardığım
hörmət, izzət.

İstəyirəm…
hər bucaqda gülər üzlü insanların
çöhrəsindən fərəh almaq,
Göydə süzən göyərçintək pırıldaraq
qanad çalmaq.

İstəyirəm…
dostluq edəm mavi rəngli səma ilə,
Qalxam onun Qatlarını sevinərək
pillə-pillə.

İstəyirəm…
hər qatına salam deyəm
yer üzündən,
Öpəm onun gülümsəyən
üz-gözündən.

İstəyirəm…
qonum-qonşu, dost-tanışım
olsun xoşbəxt,
Tək o zaman
Sevinərəm qəlbimdəcə
xəlvət-xəlvət.
—————————————————————————
                         Nə qədər ki, bu torpağın nəbzi vurur

Saf buğdanı torpaq altda sən çürüdüb qoruyaraq yeni buğda, bar eylədin,
Bu bolluğu yer üzünə sən göndərib viran olmuş könlümüzü şad eylədin.
Rahatlığı duyub qəlbdən dua etdik gecə-gündüz xoş adına, varlığına,
Allah adı çəkiləndə unuduldu çətinliklər, duydum bircə anlığına.
Ana-bala qucaqlaşıb canı-qəlbdən sevinəndə dünya döndü gül-çiçəyə,
Məhəbbəti sən öyrətdin həm anaya, həm balaya, həm cavana, ağbirçəyə.
Qarışqalar qaynaşaraq daşıyanda yuvasına candan böyük olan yükü,
Bəxş eylədin qarışqaya fərasəti, çəkisindən dəfələrlə böyük gücü.
Səndən başqa qıyan olmaz gözəlliyi yer üzündə yaşayana, bu belədir,
Təsdiqlədin yaratmısan yeri-göyü böyük Tanrı, ümüdümüz tək sənədir.
Məhəbbətin yaşayacaq qəlbimizdə nə qədər ki, bu torpağın nəbzi vurur,
Bəxş etdiyin gözəlliyə hey baxıramç, gözəllikdən gözüm doymur.
—————————————————————————————-

                                  Məni bağışlayın məndən küsənlər
Sevinərəm kimsə duya, anlaya,
Təpə deyil, yazdıqlarım sərt qaya,
Yerdə deyil, soraq çatıbdır aya,
Hecalarım məlhəm, duyan, bilənlər,
Məni bağışlayın, məndən küsənlər.

Məgər həqiqəti demirəmmi mən?
Məgər kor olmuşam, görmürəmmi mən?
Kimdir ağ ayrana qaradır deyən?
İnciməyin, ağa qara deyənlər,
Məni bağişlayin, məndən küsənlər!

Ürəyimdən keçənləri deyirəm,
Kimsə məndən inciyibdir bilirəm,
İncə qəlbə toxunan bir küləyəm,
Qiymət verər tanıyanlar, bilənlər,
Məni bağışlayın, məndən küsənlər
   ————————————————————-
                                    Haqq evi, nahaqq evi
Bir girişdə 2 qonşu yaşayırlar…
Bir qonşunun qapısını döyəni çox,
O birinin qapısında bir kimsə yox.
Qonşuların biri haqqdır, biri nahaqq,
Haqq qalmış tək…
Nahaqqınsa tanışı çox, bilişi çox.
Axı necə həyatdır bu?
Bu tək haqqın tanışı yox,
Yeri-göyu yaradanı — Allahı var,
Qəlb oxşayan kəlamı var.
Hər birimiz HAQQ evinin qapısını döyə bilək,
Kövrəh qəlbin sevindirək.
————————————————————-
                     Təbibim, dərmanım, Azərbaycanım
Çatıb torpağından əyilib öpəm,
İstərəm dərdimi səninlə böləm.
Layiqdir adına ana deməyim,
Sən mənimsən, mənim, doğma vətənim.

Ürəyim darıxır səni istəyir,
Üçrəngli bayrağın evi bəzəyir,
Boranda adını çəkərəmsə mən,
Yaz gələr, qəlbimdə açar yasəmən.

Qiymətini verir Arifə sənin,
Ömrünü bəzəyir dumanın, çətin.
Mən səndən ayrılmaq istəməm inan,
Ürəyim alovlu atəşdir yanan.

Bilərəmsə əgər ölər günümü,
Gəlib mən həmin gün öpəm hüsnünü.
Xəstədir, rahatlıq tapmayır canım,
Təbibim, dərmanım, Azərbaycanım!
——————————————————————

                        Yaxşılıq qalacaq qoca dünyada
Yaxşılıq eyləyib gətirsən dilə,
Ölərək qiyməti dönəcək külə.
Bəndə qarşısında olsan da mələk,
Haqqsızlar dözməyib quracaq kələk.
Atanın, ananın çalış bil qədrin,
Uyma hər söhbətə cilovla səbrin.
Qardaşın, bacının zəhmətini bil,
Başın uca olar varsa şirin dil.
Sağ əlin verdiyin sol ələ demə,
Çalış haramları tərk eylə, yemə.
Oxu kəlamları, təmkinlə öyrən,
Qanunsuz işlərə göz yumma, söylən.
Çətinlik görəndə atıl, çat dada,
Yaxşılıq qalacaq qoca dünyada.
Yapışma dünyəvi şöhrətdən, addan,
Sənə qardaş olar, istəsən yaddan.
Yaşa öz ömrünü namus, qeyrətlə,
Qibtə etsin sənə hamı heyrətlə!

 

1 Звезда2 Звезды3 Звезды4 Звезды5 Звезд (2 009 оценок, среднее: 4,47 из 5)

Загрузка...